Rusiya Laçın yolu barədə planı son anda dəyişdi – KİV

Rusiya Laçın yolu barədə planı son anda dəyişdi – KİV

BMT Təhlükəsizlik Şurasının Laçın dəhliz barədə növbədənkənar iclasının nəticələri ilə bağlı BMT TŞ sədrinin bəyanatını qəbul etmək planı Rusiyanın mövqeyinə görə uğursuzluğa düçar olub.

Globalinfo.az xəbər verir ki, bu məlumatı “Factor.am” saytı öz mənbələrinə istinadən yayıb.

“Bir neçə gün ərzində Fransanın təklifi ilə BMT Təhlükəsizlik Şurası sədrinin Laçın yolundakı situasiya ilə bağlı bəyanatının mətninin müzakirəsi aparılıb. Mətndəki bir neçə ifadə ilə Albaniya və BƏƏ razılaşmasa da, sonradan onlar da razılıqlarını verdilər. Lakin Rusiya Federasiyası başqa üzvlər tərəfindən qəbul olunmayacağını çox yaxşı anlayaraq, son anda mətndə yeni dəyişikliklər təklif etməklə bəyanatın qəbulunu uğursuzluğa düçar etdi”, – saytda bildirilib.

Zaira Akifqızı
Globalinfo.az