Qərb ölkələri Gürcüstanı Rusiya ilə hərbi konfliktə daxil olmağa məcbur edirlər.
Globalinfo.az xəbər verir ki, bu barədə məlumatı Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin deyib.
O həmçinin Qərbin Tbilisini Abxaziya və Cənubi Osetiyanı geri qaytarmaq şansının olduğuna inandırmağa çalışdığını bildirib:
“Qərbin məqsədi bununla Ukraynaya kömək etməkdir. Onlar görürlər ki, döyüş meydanında situasiya Ukraynanın xeyrinə getmir, ona görə də Gürcüstanı Rusiya ilə konfliktə daxil olmağa məcbur edirlər”.
İlkin Həsənov
Globalinfo.az













