Rusiyada internet bərpa edildi

Rusiyada internet bərpa edildi

Rusiya telekommunikasiya operatorlarının işində yaranan problem aradan qaldırılıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Rusiyanın Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi İnformasiya Vasitələrinə Nəzarət Federal Xidməti (“Roskomnadzor”) məlumat yayıb.

Bildirilib ki, növbətçi xidmətçilərin səyi nəticəsində “runet”in fəaliyyəti bərpa olunub.

***

Rusiyada internet kəsilib.

Globalinfo.az xəbər verir ki, bu barədə Rusiyadan olan istifadəçilər məlumat yayıb.

Bildirilir ki, problem bütün operatorlar və provayderlərdə müşahidə edilir.

Hal-hazırda Rusiyada ancaq Teleqram şəbəkəsi işləyir.

Rusiyanın əksər regionlarında internet resurslara giriş mümkün deyil.

İnternetin çökməsinin səbəbi məlum deyil.