Rusiya ilə bağlı mövqeyimiz belədir – İrəvan

Rusiya ilə bağlı mövqeyimiz belədir - İrəvan

“Ermənistan-Rusiya münasibətlərində müəyyən problemlər var, bizi çox şey qane etmir, təəccüblənirik”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan parlamentdəki çıxışında deyib.

“Moskvanın da İrəvana qarşı münasibəti hazırda eynidir. Rus tərəfdaşlarımızın təəccübləndiyini müxtəlif KİV-lərdə yayımlanan materiallarda və başqa platformalarda həyata keçirilən siyasətdən görürük. Bizim iki ölkə arasında konstruktiv məsələləri müzakirə etmək, anlamaq və həll etməkdən başqa mövqeyimiz yoxdur və biz sülh yolu ilə irəliləyirik”, – Mirzoyan bildirib.

Ayşən Mustafa
Globalinfo.az