Rusiya ilə əməkdaşlıq olmazsa, Aİ dağılacaq – rus deputatdan qalmaqallı proqnoz

Rusiya ilə əməkdaşlıq olmazsa, Aİ dağılacaq – rus deputatdan qalmaqallı proqnoz

Avropa İttifaqı Rusiya ilə əməkdaşlıq formatını dəyişməzsə, dağılma təhlükəsi ilə üzləşəcək.

Globalinfo.az xəbər verir ki, bu fikri Dövlət Dumasının Krımdan olan deputatı Mixail Şeremet bildirib.

Şeremetin sözlərinə görə, anti-Rusiya siyasəti Aİ ölkələrinin iqtisadiyyatını daha həssas hala gətirib və bu, tezliklə vətəndaşların narazılığına və genişmiqyaslı etirazlara səbəb ola bilər.

O, Aİ iqtisadiyyatının yüksək enerji xərcləri səbəbindən ABŞ-la rəqabət apara bilmədiyini vurğulayıb. Deputat buna səbəb kimi, Aİ-nin mövcud rəhbərliyinin, xüsusən Ursula fon der Leyen kimi siyasətçilərin Rusiya ilə qarşıdurmanı prioritetə çevirməsini göstərib. Şeremet hesab edir ki, bu siyasət Aİ vətəndaşlarının rifahına ciddi zərbə vurur.

Tahir Turan

Globalinfo.az