Rusiya Ermənistana “bal” desə də, baltasını yerə qoymur: Bu dəfə…

Rusiya Ermənistana “bal” desə də, baltasını yerə qoymur: Bu dəfə...

Rusiya-Ermənistan münasibətləri gərginləşməkdə davam edir. Ermənistan nümayəndə heyətinin Ukraynanın Buça şəhərinə səfərindən sonra vəziyyət daha da alovlanıb. Sözügedən hadisədən sonra Rusiya XİN erməni həmkarlarına etiraz notası göndərib.

Prosesin gedişatı, hadisələrin hansı yöndə inkişaf edəcəyi sual doğurur.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Rizvan Hüseynov deyib ki, bu, bir günün gərginliyi deyil:

“44 günlük müharibə və 2023-cü il sentyabrında baş verən antiterror əməliyyatından sonra Ermənistan-Rusiya münasibətləri daha da kəskinləşdi. Rəsmi İrəvan Moskvanı KTMT çərçivəsində heç bir dəstək göstərməməkdə ittiham etdi. Bu səbəbdən Ermənistan açıq şəkildə Qərbyönümlü siyasət yürüdür. Qərb Avropa strukturlarına meyil göstərir. Bu da Rusiya-Ermənistan münasibətlərinin mərhələli şəkildə gərginləşməsinə səbəb oldu”.

Politoloqun sözlərinə görə, Ermənistanda keşiş Baqrat Qalstanyanın başlatdığı aksiyaların arxasında Rusiya dayanıb:

“Erməni kilsəsi və Qarabağ klanı da akisyalara dəstək verir. Məqsəd isə daxili siyasi vəziyyətə təsir etmək və Nikol Paşinyanı devirməkdir. Bundan əlavə, Rusiyanın əlində “kozır” yoxdur. Ona görə də çalışacaq ki, yaxın müddətdə hazırkı prosesdən İrəvana təzyiq etmək üçün istifadə etsin. Amma bu təzyiqlərin uğurlu alınacağını düşünmürəm”.

Safura Bənnayeva
Globalinfo.az