Rusiya amerikalı milyarder iş adamı İlon Maskla kosmik əməkdaşlığı müzakirə edəcək.
Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin beynəlxalq iqtisadi əməkdaşlıq üzrə təmsilçisi Kiril Dmitriyev açıqlama verib.
Onun sözlərinə görə, Moskva yaxın zamanda İlon Maskla bu məsələyə dair danışıqlar aparacaq.
“Yaxın zamanda Mask ilə görüşəcəyik. Biz Maskı bəşəriyyəti inkişaf etdirməyə çalışan bənzərsiz bir lider olaraq qiymətləndiririk”, – Dmitriyev bildirib.
Eyni zamanda, Rusiya nümayəndəsi ölkələrinin Ukraynadan daha zəngin nadir minerallar ehtiyatlarına malik olduğunu vurğulayıb. O, bu ehtiyatların işlənməsi üçün xüsusi texnologiyaların lazım olduğunu qeyd edərək ABŞ ilə əməkdaşlığa açıq olduqlarını deyib.
“Bu mövzuda ABŞ və digər ölkələrlə əməkdaşlıq edə bilərik. Hazırda bəzi nadir torpaq elementləri ehtiyatlarını araşdırırıq və onlar olduqca perspektivlidir”, – o əlavə edib.
Aysel Əliyeva
Globalinfo.az














