Rusiya Britaniyanın hərbi attaşesini ölkədən çıxarır

Rusiya Britaniyanın hərbi attaşesini ölkədən çıxarır

Rusiya Britaniya attaşesini ölkədən çıxarmaq qərarına gəlib.

Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilir ki, britaniyalı diplomat “persona non-qrata” elan edilib və o, bir həftə ərzində Rusiya Federasiyasının ərazisini tərk etməlidir.

“Böyük Britaniya tərəfinin mayın 8-də açıqladığı anti-Rusiya hərəkətlərinə reaksiyamız bununla məhdudlaşmır. Eskalasiyanın təşəbbüskarlarına növbəti cavab addımları barədə məlumat veriləcək”, – Rusiya XİN-in bəyanatında deyilir.

Müşviq Tofiqoğlu
Globalinfo.az