Rus ordusu tapşırığı tamamladı – Peskov Putinin əsas planını açdı

“Ukrayna “xüsusi hərbi əməliyyat” başlamazdan əvvəl güclü silahlanmışdı”.

Globalinfo.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.

Onun sözlərinə görə, Ukraynanın silahsızlaşdırılması vəzifəsi böyük ölçüdə icra olunub.

“Putinin də dediyi kimi, tapşırıqlardan biri Ukraynanın silahsızlaşdırılması idi. Faktiki olaraq bu tapşırıq böyük ölçüdə yerinə yetirilib. Ukrayna getdikcə daha az öz silahından istifadə edir. Qərbin ona ötürdüyü silahları isə getdikcə daha çox istifadə etməyə başlayır”, – Peskov deyib.

Tahir Turan
Globalinfo.az