Rus kəşiyyatının şefi Vikipediya ilə aldadıldı

Rus kəşiyyatının şefi Vikipediya ilə aldadıldı

Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) direktoru Aleksandr Vasilyeviç Bortnikov dələduzluğa məruz qalıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “Baza” Teleqram kanalı məlumat yayıb.

Məlumata görə, fırıldaqçılar Bortnıkova Vikipediyada səhifəsini redaktə etmək bəhanəsi ilə zəng ediblər. Onlar 75 yaşlı Aleksandr Vasilyeviçi proqramı telefonuna endirməyə razı salıblar və bu yolla bank hesabından 1 480 000 rublu (təxminən, 30 min manat) oğurlayıblar.

Polis dələduzluq faktı ilə bağlı araşdırma aparır.

Safura Bənnayeva
Globalinfo.az