Rus bazası Ermənistandan çıxarılır? – Kopırkin açıqladı

Rus bazası Ermənistandan çıxarılır? - Kopırkin açıqladı

“Rusiyanın Gümrüdəki 102-ci bazasının ölkədən çıxarılması məsələsi hazırda İrəvanMoskva arasındakı münasibətlərin gündəmində deyil”.

Globalinfo.az xəbər verir ki, bunu Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin deyib.

Səfir İrəvan hökumətinin də bunu dəfərlərlə açıq şəkildə bəyan etdiyini bildirib:

Rusiyanın hərbi mövcudluğu Ermənistanın təhlükəsizlik sisteminin mühüm sütunu və regional sabitliyin vacib amili olaraq qalır. Eyni zamanda, ordumuz regionda heç kim üçün heç bir təhlükə yaratmır.  

“Rusiyanın Ermənistanda hərbi mövcudluğu haqqında” müqavilə ilkin olaraq 1995-ci il martın 16-da Moskvada 25 il müddətinə, avtomatik olaraq hər beş ildən bir uzadılmaq şərti ilə imzalanıb. Daha sonra 2010-cu ildə müqavilənin 2044-cü ilə qədər uzadılması ilə bağlı sənəd də imzalandı”. 

Əliyar Xəlil
Globalinfo.az