ABŞ dövlət katibi Marko Rubio Rusiyanın Xarici işlər naziri Sergey Lavrovla Amerika və Rusiya səfirliklərinin fəaliyyətini müzakirə edib.
Globalinfo.az xəbər verir ki, o, CBS telekanalına müsahibəsində dialoqun təfərrüatlarını bölüşüb.
“Çox ağır şəraitdə fəaliyyət göstərən Moskvadakı səfirliyimizlə bağlı məsələ qaldırdım. Bu vacib olduğu üçün bunu gündəmə gətirirəm. Səfirliyimiz fəaliyyət göstərməsə, Rusiya ilə hər hansı bir əlaqə qurmaq çətin olacaq”, – Rubio vurğulayıb.
Dövlət Departamentinin rəhbəri deyib ki, Lavrov da Rusiyanın ABŞ-dakı səfirliyinin işindən narahatlığını ifadə edib.














