Roma Kilsəsinin taleyi müzakirədə: yeni Papa necə olmalıdır?

Roma Kilsəsinin taleyi müzakirədə: yeni Papa necə olmalıdır?

Roma Katolik kilsəsinin kardinalları kilsə qarşısında duran problemləri və bu problemləri aradan qaldıra bilmək üçün gələcək Roma Papasının hansı keyfiyyətlərə sahib olmalı olduğunu müzakirə ediblər.

Globalinfo.az xəbər verir ki, bu barədə Müqəddəs Taxt-Tacın Mətbuat xidməti məlumat yayıb.

“Kardinalların toplantısında kilsənin gələcəyi, müasir dünya ilə əlaqələri, digər dinlərlə münasibəti, kilsə daxilində cinsi zorakılıq məsələlərinə toxunulub. Eləcə də bütün bu çağırışlara cavab verə bilməsi üçün Roma Papasının hansı keyfiyyətlərə malik olmalı olduğu müzakirə edilib”, – məlumatda deyilir.

Aysel Əliyeva
Globalinfo.az