Slovakiyanın Baş naziri Robert Fitsonun vəziyyəti ağırdır.
Globalinfo.az xəbər verir ki, bu barədə ölkənin yeni seçilmiş Prezidenti Peter Pelleqrini məlumat verib.
O bildirib ki, Robert Fitsonu bir neçə dəqiqə görə bildim, vəziyyəti son dərəcə ağırdır:
“O, sadəcə bir neçə söz deyə bildi. O, çox yorğun görünürdü”, – Pelleqrini deyib.
***14:00
Ötən gün güllənən Slovakiyanın Baş naziri Robert Fitso ikinci dəfə əməliyyat olunacaq.
Globalinfo.az xəbər verir ki, baş nazirin qarın nahiyəsindəki qanaxmanın dayandığı bildirilir.
Məlumata görə, F.Fitson omba nahiyəsindən yenidən əməliyyat olunacaq. Onun qəbul etdiyi qandurulaşdırıcı dərmanların problem yarada biləcəyi deyilir.
***12:15
“Slovakiyanın Baş naziri Robert Fitso çoxsaylı güllə yaraları ilə xəstəxanaya daxil olub”.
Globalinfo.az bildirir ki, bu barədə baş nazirin qaldığı Ruzvelt Xəstəxanasının direktoru Miriam Lapunikova direktoru deyib.
Direktor 59 yaşlı baş nazirin beş güllə yarası aldığını bildirib:
“Fitso kritik vəziyyətdə xəstəxanaya çatdırılıb. Əməliyyat otağında beş saat qalıb və bu müddət ərzində həkimlər onun həyatı və sağlamlığı üçün mübarizə aparıblar. Hər şey uğurla başa çatdı. Hazırda onun həyatı üçün hər hansı təhlükə yoxdur”.














