Britaniyanın Baş naziri Rişi Sunakın şəxsi mühafizə xidmətinin əməkdaşı parlament seçkilərinin tarixi ilə bağlı mərc etdiyi üçün saxlanılıb.
Globalinfo.az xəbər verir ki, bu barədə “The İndependent” nəşri məlumat yayıb.
“Rişi Sunakın şəxsi təhlükəsizlik bölməsindən olan bir polis məmuru ümumi seçkilər zamanı iddia edilən mərclərə görə saxlanılıb və vəzifəsindən uzaqlaşdırılıb”, – deyə məlumatda bildirilir.
Britaniya polisi məlumatı təsdiqləyib və asayiş keşikçisinin vəzifəsindən uzaqlaşdırıldığını bildirib.
Xatırladaq ki, iyulun 4-də Böyük Britaniya parlamentinə ümumi seçkilər keçiriləcək.
Müşviq Tofiqoğlu
Globalinfo.az














