Rəsmi Bakıdan və XİN rəhbərindən Milli Qurtuluş Günü ilə bağlı paylaşım

“Heydər Əliyevin əziz xatirəsini dərin hörmət və minnətdarlıqla anırıq”.

Globalinfo.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Tvitterdəki hesabında yazıb.

“15 İyun – Milli Qurtuluş Günü münasibətilə Azərbaycanın müstəqilliyinin və tərəqqisinin memarı, xalqımızın ümummilli lideri Heydər Əliyevin əziz xatirəsini dərin hörmət və minnətdarlıqla anırıq.

Milli Qurtuluş Günümüz mübarək!”, – Azərbaycanın xarici işlər naziri qeyd edib.

***

“Ümummilli lider Heydər Əliyev ölkəmizi ictimai-siyasi böhrandan xilas etdi”.

Globalinfo.az xəbər verir ki, Azərbaycanın Xarici İşlər Nazirliyinin (XİN) Tviter hesabında 15 İyun – Milli Qurtuluş Günü ilə bağlı paylaşım edilib.

“Bu gün 15 İyun – Milli Qurtuluş Günüdür. Hakimiyyətə qayıdışı ilə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev ölkəmizi ictimai-siyasi böhrandan xilas etdi, inkişafın sarsılmaz təməlini qoydu, dövlətçiliyimizi daha da möhkəmləndirdi. Milli Qurtuluş Günümüz mübarək!”, – XİN-in paylaşımında qeyd edilib.