
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Malayziyanı diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü münasibətilə təbrik edib.
Globalinfo.az xəbər verir ki, bu barədə qurumun “Twitter” hesabında paylaşım edilib.
“Bu gün Azərbaycan və Malayziya arasında diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümüdür. Bu münasibətlə Malayziya hökumətinə və xalqına ən xoş arzularımızı çatdırırıq. Azərbaycanla Malayziya arasında əlaqələrin daha da möhkəmlənməsini səbirsizliklə gözləyirik”, – paylaşımda bildirilib.














