Rəsmi Ankaradan Demiralın “bozqurd” işarəsinə reaksiya: Almaniya səfiri XİN-ə çağırıldı

Rəsmi Ankaradan Demiralın “bozqurd” işarəsinə reaksiya: Almaniya səfiri XİN-ə çağırıldı

Almaniya səfiri Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb.

Globalinfo.az xəbər verir ki, almaniyalı diplomat ölkəsinin daxili işlər naziri Nensi Faserin Avropa çempionatının 1/8 final mərhələsində Avstriya ilə matç çərçivəsində Bozqurd salamı verən Türkiyə yığmasının futbolçusu Merih Demirala qarşı UEFA-dan sanksiya tələbi ilə bağlı Xarici İşlər Nazirliyinə dəvət olunub.

Türkiyə Xarici İşlər Nazirliyi məsələ ilə bağlı açıqlama yayaraq futbolçuya qarşı bu davranışın qəbuledilməz olduğunu bildirib:

“Almaniya Federal Konstitusiyanın Müdafiəsi Təşkilatının 2023-cü ilin sentyabrında dərc etdiyi hesabata vurğulanır ki, “bozqurd” işarəsini edən hər kəs ifrat sağçı ekstremist kimi təsvir edilə bilməz və “bozqurd” işarəsi Almaniyada qadağan olunmuş simvol deyil. Dəmirala alman səlahiyyətliləri tərəfindən göstərilən reaksiyalar özlərində xarici düşmənçilik ehtiva edir. Biz qol sevincinin qeyd edilməsi zamanı tarixi və mədəni simvoldan heç kimi hədəf almayan şəkildə istifadə edilməsinə qarşı siyasi motivli reaksiyaları pisləyirik”.

Qeyd edək ki, Almaniyanın daxili işlər naziri Nensi Faeser AÇ-nin Türkiyə və Avstriya matçında Merih Dəmiralın qol sevincini qeyd etməsini hədəf alaraq UEFA-dan sanksiya tələb etmişdi