Rəşad Sadıqov “Osiyek”lə matçdan danışdı

Rəşad Sadıqov "Osiyek"lə matçdan danışdı

“Oyundan əvvəl danışmaq çətindir. Nəyin necə olacağını zaman göstərəcək. Vacib matça çıxacağıq”.

Globalinfo.az xəbər verir ki, bunu “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Bakıda Xorvatiyanın “Osiyek” komandasına qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyunundan əvvəl mətbuat konfransında deyib.

“Hər iki komandada yaxşı futbolçular var. Əlimizdən gələni etməyə çalışacağıq. Meydanın ot örtüyünün yaxşı vəziyyətdə olmaması bizi məyus edir. Bu, texnikalı oyuna mane ola bilər. Şərtlər hər iki tərəf üçün eynidir”, – R.Sadıqov bildirib.

Qeyd edək ki, avqustun 15-də “Liv Bona Dea Arena”da reallaşacaq qarşılaşma Bakı vaxtı ilə saat 20:30-da start götürəcək. Səfərdəki görüşdə heç-heçə (1:1) qeydə alınıb.

Qeyd edək ki, matç avqustun 15-də saat 20:30-da “Dalğa Arena”da keçiriləcək.

Xatırladaq ki, Xorvatiyada baş tutan səfər ouununda heç-heçə (1:1) qeydə alınıb.