Yaxın Şərq artan güc tətbiqinə görə regional fəlakətlə üz-üzə qala bilər.
Globalinfo.az xəbər verir ki, bunu İsraillə Hizbullah arasında gərginlik fonunda BMT-nin Livan üzrə xüsusi koordinatoru Janin Hennis-Plasşart yayıb.
O, regionun fəlakət ərəfəsində olduğunu vurğulayıb.
Son bir neçə gün ərzində İsraillə Hizbullah arasında atışma halları atıb. Belə ki, İsrail Livanın paytaxtı Beyrutun cənubuna zərbələr endirib. Rəsmi Təl-Əviv həmçinin Hizbullahın İsrail ərazisinə 100 raket buraxdığını bildirib.
Yaşananların fonunda ABŞ Dövlət Departamenti bölgədəki amerikalılara səslənib. Vaşinqtondan gələn bəyanatda Livandakı amerikalıların təcili ölkəni tərk etmələri istənilib. ABŞ rəsmiləri iki tərəf arasında vəziyyətin gərginləşəcəyi halda Livana kommersiya uçuşlarının dayana biləcəyini bəyan edib.
“Axios” portalı isə yazır ki, Bayden administrasiyası İsrail-Hizbullah gərginliyinin genişmiqyaslı İsrail-Livan müharibəsinə çevriləcəyindən narahatdır. Lakin Ağ Evin mövcud şəraitdən öz xeyrinə istifadə etməyə çalışdığı bildirilib. Məlumata görə, Bayden administrasiyası İsrailin hərbi təzyiqindən İsrail-Livan sərhədindəki mülki şəxslərin öz evlərinə qayıtması üçün istifadə etmək niyyətindədir.
Əliyar Xəlil
Globalinfo.az













