“Real Madrid” Mbappe və Ardanın idman nömrələrini açıqladı

"Real Madrid" Mbappe və Ardanın idman nömrələrini açıqladı

“Real Madrid” öz rəsmi saytında bir sıra futbolçuların idman nömrələrinin dəyişdiyini açıqlayıb.

Globalinfo.az Oxu.az-a istinadən xəbər verir ki, komandaya yeni gələn Kilian Mbappe Kral Klubunda 9 nömrə altında çıxış edəcək. Daha əvvəl 12 nömrəyə malik olan Eduardo Kamavinqa indi altı nömrə altında top qovacaq. Federiko Valverde 8, Arda Gülər ​​15, Xesus Valyexo isə 18 nömrəli köynəklərdə oynayacaqlar.

Qeyd olunur ki, “Real” sabahdan etibarən öz fan-şoplarında oyunçuların nömrələri yenilənmiş köynəklərin satışına başlayacaq.

"Real Madrid" Mbappe və Ardanın idman nömrələrini açıqladı