Qurban ətini neçə müddət saxlamaq olar?

Qurban bayramında kəsilən heyvanın əti ilə bağlı müxtəlif fikirlər səsləndirilir. İllərdir iddia edilir ki, qurban payı 3 gündən artıq qalmamalıdır. Doğrudanmı 3 gün ərzində qurban əti istehlak edilməlidir?

Mövzunu Globalinfo.az-a şərh edən ilahiyyatçı Əkrəm Həsənov bunun yanlış məlumat olduğunu bildirib.

Onun sözlərinə görə, qurban əti istənilən qədər soyuducuda qala bilər:

“Dinimizdə belə bir göstəriş yoxdur. Düzdür, qurban əti kəsildikdən sonra paylanılmalı, ehtiyac sahiblərinin hamısına çatmalıdır. Müəyyən qədər də qurban kəsənin özünə qalmalıdır. Hz. Peyğəmbərimizin zamanında da qurban əti bir neçə günə yeyilib. Yəni şəriətimizdə elə şey yoxdur ki, qurban əti filan günə qədər yeyilməlidir və s. Yeyilib bitirənə qədər saxlamaq olar”.

Zaira Akifqızı
Globalinfo.az