Ermənilərin yeni ərazi mübahisəsi – Saxlanılanlar var

Ermənilərin yeni ərazi mübahisəsi - Saxlanılanlar var

Qüdsdə İsrail polisi üç ermənini həbs edib.

Globalinfo.az xəbər verir ki, bu barədə erməni KİV-ləri məlumat yayıb.

Hadisə Qüdsdə ermənilərin yaşadığı məhəllədə “İnək bağları” adlanan ərazidə yaşanıb. Belə ki, Qüdsün erməni patriarxı məhəllənin bir hissəsini yəhudi şirkətinə uzunmüddətli icarəyə verib. Məsələ patriarxlıqda ciddi etirazlara səbəb olub.

Noyabrın 15-də bir qrup yəhudi məskunlaşma üçün sözügedən əraziyə daxil olub, erməni sakinlər isə dirəniş göstərərək barrikadalar qurublar. Onlar yəhudilərin könüllü şəkildə məhəllədən çıxmasını istəyiblər. Nəticədə münaqişə yaranıb və polis 3 ermənini həbs edib.

Ayşən Mustafa
Globalinfo.az