Qubadlıda tikilən evlərlə bağlı şirkətdən açıqlama

Qubadlıda tikilən evlərlə bağlı şirkətdən açıqlama

Qubadlı rayonunun Mahruzlu kəndində evlərin yerdən məsafə qoyulmadan, kürsüsüz inşa edilməsilə bağlı görüntülər yayılıb. Bəzi ekspertlər həmin evlərin sel təhlükəsi ilə üz-üzə qalacağını iddia edirlər.

Globalinfo.az bildirilib ki, Mahruzlu kəndindəki evlərin inşasını həyata keçirən “Amal Group”dan Axar.az-a verilən açıqlamada tikintinin qanunvericiliyin tələbinə uyğun aparıldığı deyilib.

“Tikinti-quraşdırma işləri qanunvericiliyin tələblərinə uyğun, təsdiq edilmiş layihə sənədləri əsasında, ciddi dövlət nəzarəti tədbirlərinin müşayiəti ilə həyata keçirilir”, – şirkətdən bildirilib.