Qriqoryandan Zəngəzurla bağlı pozitiv mesaj – “Heç nə olmayıb”

Qriqoryandan Zəngəzurla bağlı pozitiv mesaj - "Heç nə olmayıb"

“Demarkasiya prosesində mövqelərin harada qərarlaşması deyil, sərhəd xəttinin haradan keçməsi önəmlidir”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ölkənin İctimai Televiziyasına müsahibəsində deyib.

O, demarkasiya prosesinin tamamlanmasının Ermənistanın təhlükəsizliyinə zəmanət verəcəyini bildirib:

“Sərhədlərin çəkilməsi zamanı biz təbii olaraq ölkənin təhlükəsizliyi üçün zəmanətlər alırıq. Ümumiyyətlə, Ermənistan ərazisindən bir millimetr belə torpaq verilməyib. Proses uğurla davam edir. Bizim Azərbaycanla sərhəddə öz sərhədçilərimizin xidmət etməsi ilə bağlı təcrübəmiz var. Məsələn, 2020-ci ildə müharibədən sonra Sünikdə (Zəngəzur – red.) erməni sərhədçilər xidmət etməyə başladı. Bu günə kimi orada sakitlik hökm sürür”.

Xatırladaq ki, son 4 ildə Ermənistan bir neçə dəfə Zəngəzur istiqamətində təxribatlar törədib. Son aylarda isə sabitlik müşahidə olunur.

Ayşən Mustafa
Globalinfo.az