İsmayılı döyüblər, o da silah götürüb, qayıdıb… – Yeni detallar / VİDEO

Ötən gün paytaxtın Nərimanov rayonunda “Metro Park” ticarət mərkəzinin önündə baş verən silahlı insidentdə qətlə yetirilən Tural Kosayev Qazaxda dəfn olunub.

Globalinfo.az xəbər verir ki, mərasimdə mərhumun ailə üzvləri, yaxınları iştirak ediblər.

Mərhumun atası Kamil Kosayev oğlunu qətlə yetirən İsmayıl Allahverdiyevi tanımadığını, onunla heç bir problemlərinin olmadığını söyləyib.

“Kaş ki, ayağından vurardı, balam yaşayardı. Bəlkə, ayağı kəsilərdi, gələrdi, gözümün qabağında olardı. Yaşayardı, nəfəsi gələrdi. Kaş o torpağa mən girərdim”, – mərhumun atası deyib.

İsmayıl Allahverdiyevin Daş Salahlıdakı qonşuları isə ailənin Bakıya yollandığını bildiriblər:

“Deyilənə görə, ikisi də eyni qızı istəyirmiş. İsmayılı döyüblər. O da “burada durun, gəlirəm” deyib. Silahı götürüb gəlib, oğlanı vurub”.

Qeyd edək ki, hadisəni törədən 20 yaşlı İsmayıl Allahverdiyev “Ya sən öləcəksən, ya mən”, – deyərək 24 yaşlı Tural Kosayevi güllələyib.

Ətraflı “Baku” TV-nin süjetində: