“Ukraynadakı müharibənin tezliklə bitmə ehtimalı çox yüksəkdir”.
Globalinfo.az xəbər verir ki, bunu Slovakiyanın Baş naziri Robert Fitso deyib.
O, Ukrayna Prezidenti Volodimir Zelenskinin “Qələbə planı”nı təqdim etməsi üçün dəvət olunduğu Avropa İttifaqının samitindən öncə müsbət xəbər gözlədiyini bildirinb:
“Müharibə yaxın zamanda bitə bilər. Anidən Ukraynanın NATO-ya üzv qəbul edilməsi məsələsi ortaya atıldı, bu, müzakirə ediləcək. Ona görə də sammitdən öncə sülhlə bağlı ipucu gözləyirəm. Üzvlük məsələsi səbəbsiz yerə gündəmə gətirilməz”.
Əliyar Xəlil
Globalinfo.az














