Birləşmiş Millətlər Təşkilatının (BMT) bəzi qurumlarının Azərbaycanda fəaliyyətinin qadağan ediləcəyinə dair yayılan məlumatlar müzakirələrə səbəb olub.
Həmçinin Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) də Azərbaycan nümayəndəliyinin fəaliyyətinə son veriləcəyi iddia olunur. Artıq qurumla danışıqların aparıldığı və bu istiqamətdə müəyyən tədbirlər görüldüyünə dair məlumatlar yayılıb.
Globalinfo.az məsələni aydınlaşdırmaq üçün qurumla əlaqə yaratmağa çalışıb.
Lakin BQXK-nin Azərbaycan nümayəndəliyi təəssüf ki, zənglərimizə cavab verməyib.
Əliyar Xəlil
Globalinfo.az














