“Əgər Qərb ölkələri Tehrana qarşı yeni sanksiyalar tətbiq etsə, İran mütləq şəkildə cavab tədbirləri görəcək”.
Globalinfo.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirinin müavini Kazım Qəribabadi danışıb.
Diplomatın sözlərinə görə, Nüvə Silahlarının Yayılmaması Müqaviləsindən (NPT) çıxmaq ehtimalı gündəmdə qalır və bu qərar əvvəllər respublikanın əvvəlki administrasiyası tərəfindən nəzərdən keçirilib.
Nyu-Yorkda BMT tədbirləri çərçivəsində jurnalistlər üçün keçirilən brifinqdə Qəribabadi bildirib:
“Bu məsələ hələ də danışıqlar masasında qalır və İran rəhbərliyi tərəfindən nəzərdən keçirilməkdədir”.
Tahir Turan














