Qazaxla sərhəddə erməni əsgər yaralandı

Ermənistanın Qazaxla sərhəddə yerləşən Tavuş rayonunun Voskepar kəndində 7-ci əsrə aid Surb Astvastatsin kilsəsinin yaxınlığında mina partlaması nəticəsində bir əsgər yaralanıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Tavuşdan olan jurnalist Oskan Sarkisyan məlumat yayıb.

O bildirib ki, əsgərin ayağı amputasiya olub.

Əliyar Xəlil
Globalinfo.az