Qazaxın 4 kəndinə köç nə vaxt başlayır? – Açıqlama

“Bakı ilə İrəvan arasında sərhəd razılaşmaları icra edilir, demarksiya prosesi bir hissədə bitmək üzrədir”.

Bu sözləri Globalinfo.az-a siyasi şərhçi Abutalıb Səmədov deyib.

O bildirib ki, ermənilərin bəzi evləri tarixi kəndlərimizdə tikməsi və həmin ərazilərin Azərbaycana təhvil verilməsi Ermənistanda narazılığa səbəb olub:

“İddia edirlər ki, guya Ermənistan əraziləri Azərbaycana təhvil verilib. Reallıq bundan ibarətdir ki, delimitasiya Almatı Bəyannaməsi və 1976-cı il xəritəsinə əsasən aparılıb. Burada nə Ermənistan ərazisinin Azərbaycana, nə də Azərbaycan ərazisinin Ermənistana verilməsindən söhbət gedə bilər. Sadəcə olaraq, ortada erməni cığallığı var”.

Siyasi şərhçinin fikrincə, sərhədlərin delimitasiyası başa çatdıqdan sonra azad edilən kəndlərimizdə yaşayış mümkün olacaq.

Safura Bənnayeva
Globalinfo.az