İsrailin şimalına raket zərbələrinin endirilməsi İran, HƏMAS və Hizbullah arasında razılaşdırılıb.
Globalinfo.az xəbər verir ki, bu barədə məlumatı “Vol Strit Jurnal” öz mənbələrinə istinadən yayıb.
Qəzetin mənbəsi hücumun SEPAH zabitləri Milad Heydəri və Mikdad Mehqaninin Suriyada öldürülməsinə cavab olduğunu söyləyib.
Əməliyyatın birbaşa SEPAH-ın Qüds briqadasının komandanı İsmayıl Kaani tərəfindən koordinasiya edildiyi vurğulanıb.
Qeyd edək ki, bundan öncə İsrail ərazisi Livanın cənubundan atəşə məruz qalıb. Bundan sonra ölkədə rezervistlər təcili orduya çağırılıb. Digər tərəfdən İsrail ərazisinə hücuma görə Suriya və Qəzzada genişmiqyaslı əməliyyatlar həyata keçirib. Mətbuat Suriyaya edilən hücumlardan birində Kaaninin Suriya Prezidenti Bəşər Əsədin qardaşı Mahir Əsədin evində yaralandığını yazıb.
İlkin Həsənov
Globalinfo.az














