İran raket atəşinə başladı: Təl-Əvivdə partlayışlar – VİDEO

İran raket atəşinə başladı: Təl-Əvivdə partlayışlar - VİDEO

İran ordusu İsrailə yeni raket zərbələri endirib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Tasnim” məlumat yayıb.

Təl-Əvivdə yanğın və partlayışlar eşidilir.

***

İsrail Hərbi Hava Qüvvələri İranın mərkəzində yerləşən 12 raket buraxılış qurğusunu və raket anbarını hava zərbələri ilə məhv edib.

Globalinfo.az xəbər verir ki, bu barədə məlumatı İsrail Müdafiə Ordusunun Mətbuat xidməti yayıb.

Bəyanatda bildirilir ki, hava zərbələri yer-yer tipli raketlərin yerləşdiyi ərazilərə endirilib.

“Zərbələr İrana məxsus raket buraxılış qurğularına və raket anbarlarına yönəlib. Hədəflər İsrailə qarşı istifadə üçün nəzərdə tutulmuş raketlər olub”, – məlumatda deyilir.

İsrail ordusu zərbələrin kəşfiyyat məlumatları əsasında həyata keçirildiyini vurğulayıb.

İran isə öz növbəsində ölkənin cənub-qərbində yerləşən hava hücumundan müdafiə sistemlərinin İsrailə məxsus hərbi təyyarəni vurduğunu açıqlayıb.

“Mehr” agentliyinin məlumatına görə, təyyarənin pilotu katapult edərək sağ qalmağa çalışıb.

Hadisə ilə bağlı əlavə təfərrüatlar hələlik açıqlanmayıb.

Aysel Əliyeva
Globalinfo.az