Qarlı havada yıxılanlarla bağlı MƏLUMAT

Qarlı havada yıxılanlarla bağlı MƏLUMAT

Qarlı hava şəraiti ilə əlaqədar yıxılma səbəbi ilə Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 25 müraciət daxil olub.

TƏBİB-dən Globalinfo.az-a verilən xəbərə görə, onlardan 18-i qadın, 7-si kişidir.

Müraciətlər əsasən diz oynağı, çanaq, bilək, topuq, çiyin çıxığı, əl nahiyələrinin travmaları ilə bağlı olub.

Xəsarət alanlardan biri uşaq, digərləri isə 20-62 yaş aralığında şəxslər olub.

Xəsarət alanların hər biri aidiyyəti üzrə tibb müəssisələrinə hospitalizasiya olunub.