Qarabağdakı ermənilərə göndərilən yardımda nələr var? – Dəqiq siyahı

Fövqəladə Hallar Nazirliyinin (FHN) Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin ehtiyaclarının təmin olunması üçün göndərdiyi humanitar yardıma daxil olan məhsullar və onların çeşidi açıqlanıb.

Globlinfo.az “Report”a istinadən xəbər verir ki, yardımda xüsusi paketlərdə istehsal olunan un, çörək, yağ, şəkər tozu, çay müxtəlif çeşidli konfetlər, makaron, vermişel, bulqur, düyü məhsulları olub.

Bundan başqa, dinc sakinlərin istifadə etməsi üçün uşaq bezi, diş fırçası, sabun və s. gigiyenik məhsullar da göndərilib.

Qeyd edək ki, sentyabrın 22-də hər birinin tutumu 20 ton ərzaq məhsulları olan iki yük avtomobili ilə ərzaq və gigiyenik vasitələr, eləcə də iki ədəd içərisində çörək olan maşınlar Ağdam rayonundan Xankəndi istiqamətinə yola salınıb.