Qarabağda tərk-silah prosesi göstərdi ki… – PA rəsmisi

“Tərk-silah və demobilizasiya reinteqrasiya üçün əsas komponentlərdir”.

Globalinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev X sosial şəbəkəsində yazıb.

Prezidentin köməkçisi qeyd edib ki, Qarabağda üçgünlük tərk-silah prosesi göstərdi ki, bu bölgə işğal dövründə hərbi anbarların, toplanan silah-sursatın sayına görə dünyanın ən hərbiləşdirilmiş zonasına və bölgəmizin barut çəlləyinə çevrilib.

“Əhalinin sayına və ərazinin böyüklüyünə görə bölgənin bu dərəcədə hərbiləşdiriləcəyini heç gözləmirdik”, – H.Hacıyev əlavə edib.