Qarabağda söz sahibi kimdi? – Politoloqdan açıqlama

Qarabağda söz sahibi kimdi? - Politoloqdan açıqlama

Aprelin 23-dən sonra Qarabağda vəziyyət növbəti dəfə kökündən dəyişib. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Laçın-Xankəni yolunun başlanğıcında quraşdırdığı nəzarət-buraxılış məntəqəsi təbii olaraq, vəziyyəti Azərbaycanın xeyrinə dəyişib. Belə ki, sözügedən nəzarət-buraxılış məntəqəsi quraşdırıldıqdan sonra ermənilər Qarabağa asanlıqla silah, sursat daşıya bilməyəcəklər. Həmçinin əraziyə qeyri-qanuni gediş-gəlişin qarşısı ciddi şəkildə alınacaq.

Artıq bu mövzuda müxtəlif fikirlər səsləndirilir, bir-birinin ardınca politoloqlar olduqca maraqlı açıqlamalar verirlər. Ölkənin tanınmış siyasi şərhçiləri, politoloqları bu istiqamətdə vacib dəyərləndirmələr aparırlar.

Siyasi şərhçi Asif Nərimanlı da mövzu ilə bağlı feysbuk hesabında paylaşım edib.

Globalinfo.az həmin statusu təqdim edir:

“Qarabağda artıq söz sahibi nə ABŞ, nə Fransa, nə də Rusiyadır. Müharibədən sonra atılan addımlar da göstərdi ki, həlledici qərarı Azərbaycanın mərkəzi hakimiyyəti verir və Laçın yolunda nəzarət-keçid məntəqəsinin qurulması bunun tarixi nümunəsi hesab edilə bilər. Bu baxımdan, Vaşinqton, Paris, yaxud Moskvanın nəsə deməsi nəticəni dəyişmir. Bu paytaxtlardan gələn bəyanatlar da əslində “mövqe bildirmək”dən başqa bir şey deyil. Məsələ həll olunub, bütün tərəflər reallığı qəbul edir, həm də diplomatik etirazla “əlimizdən gələni etdik” görüntüsü verirlər”.

Qeyd edək ki, aprelin 23-də Dövlət Sərhəd Xidməti Ermənistanla sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd nəzarət-buraxılış məntəqəsinin qurulduğunu açıqlayıb