Qarabağdakı separatçılar hər an müharibəyə başlaya biləcəklərini söyləyirlər.
Globalinfo.az xəbər verir ki, bu barədə erməni siyasətçi Avetik Çələbyan danışıb.
“Bunu özləri başlada bilərlər. Biz isə fəlakətin qarşısını almağa çalışırıq. Qarabağda artıq ekstremal tədbirlərdən danışırlar, toqquşma ola biləcəyini deyirlər. Amma bu, genişmiqyaslı faciəyə səbəb ola, Ermənistana da təsir edə bilər. Nəticədə Qarabağda erməni əhalinin sayı azalacaq”, – o bildirib.
Ayşən Mustafa
Globalinfo.az














