Xankəndidəki separatçıların başçısı Araik Arutyunyan oyuncaq “parlamentin” “deputatları” ilə qapalı görüş keçirib.
Globalinfo.az xəbər verir ki, bu barədə “Joxovurd” nəşri yazıb.
İki saat davam edən görüşdə Araikin xüsusən ümidsiz göründüyü qeyd edilir. Belə ki, onun gələcəklə bağlı fikirləri qeyri-müəyyən və perspektivsiz olub.
A.Arutyunyan bildirib ki, onlardan asılı olan heç nə yoxdur, mübarizə aparmalıdırlar, ancaq həll yolu açarı onların əlində deyil.
Həmçinin iclas zamanı bəlli olub ki, separatçılara Ermənistan-Azərbaycan danışıqlarının cari vəziyyəti barədə də İrəvandan heç bir məlumat ötürülmür.














