“Qarabağ” UEFA Çempionlar Liqasında növbəti oyununu keçirib.
Qurban Qurbanovun komandası Bakıda Cəbəllütariqin “Linkoln” klubunu qəbul edib.
Qarşılaşma Azərbaycan çempionunun 5:0 hesablı qələbəsi ilə yekunlaşıb.
***
72-ci dəqiqədə Andredə növbəti dəfə rəqibi məyus edib: 5 – 0
***
66-cı dəqiqədə Benzia 4-cü qola imza atıb: 4 – 0
***
44-cü dəqiqədə Juninyo 3-cü qola imza atıb: 3 – 0
***
30-cu dəqiqədə Juninyo daha bir topu rəqibin qapısından keçirib: 2 – 0
***
17-ci dəqiqədə “Qarabağ”ın oyunçusu Juninyo hesabı açıb: 1 – 0
***
Bakı vaxtı ilə saat 20:00-da “Qarabağ” – “Linkoln” matçı start götürüb.
***
UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində bu gün baş tutacaq “Qarabağ” – “Linkoln” (Cəbəllütariq) matçının start heyətləri açıqlanıb.
Globalinfo.az xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov ilk oyundakı start heyətinə şans verib.
Tofiq Bəhramov adına Respublika stadionuna keçiriləcək matç saat 20:00-da başlayacaq.
Komandalar aşağıdakı heyətlə çıxacaqlar:ə
Qarabağ: Fabian Buntiç, Marko Veşoviç, Bəhlul Mustafazadə, Kevin Medina, Toral Bayramov, Julio Romao, Marko Yankoviç, Leandro Andrade, Yassin Benzia, Abdullah Zubir, Juninyo
Linkoln: Santana, İbrahim Ayyu, Bernardo Lopes, Munyos, Sergent, Nano, Yahaya, Torrilla, Valarino, Pedro Martin, Britto.














