“Qarabağ” darmadağınla ÇL-də növbəti mərhələyə yüksəldi

"Qarabağ" darmadağınla ÇL-də növbəti mərhələyə yüksəldi

Xəbər verdiyimiz kimi, “Qarabağ” komandası rəqibi “Linkoln” üzərində 5-0 hesablı qələbə qazanıb.

Globalinfo.az xəbər verir ki, “köhlən atlar” səfərdə “Linkoln”u 2 – 0 hesabı ilə məğlub etmişdi.

Beləliklə, ümumi nəticə (7- 0) əsasında “Qarabağ” bu gün mərhələni keçməklə ən azı Konfrans Liqasının qrup mərhələsini təmin edib.

Eyni zamanda Çempiolar Liqasının III təsnifat mərhələsinə yüksəlib.

“Qarabağ” üçüncü turda “Ludoqorest” (Bolqarıstan) – “Dinamo” (Minsk, Belarus) cütünün qalibi ilə qarşılaşacaq.