“Qarabağ” çox güclü idi.
Globalinfo.az xəbər verir ki, bunu Cəbəllütariqin “Linkoln” komandasının baş məşqçisi Xavi Munoz Bakıda “Qarabağ”a 0:5 hesabı ilə uduzduqları UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunundan sonra mətbuat konfransında deyib.
Mütəxəssis matçın çətin keçdiyini bildirib: “Çətin oyun oldu. Kiminlə qarşılaşdığımızı bilirdik. Dik durmağa çalışdıq. Amma bilirdik ki, hansı komanda ilə oynayırıq. “Qarabağ” çox güclü idi. Sona qədər vuruşduq. Lakin heç nə alınmadı, bacarmadıq. Həqiqətən çox güclü komandanız var.
“Qurban Qurbanov uzun müddətdir buradadır. Bəlli ideyası, strategiyası olan komandası var. Bu komandada olan istedadlı futbolçular, performanslarına görə ÇL-in qrupuna əsas namizədlərdən sayılır. Amma futbol oynamaq, mərhələlər keçmək lazımdır” , – “Linkoln”un baş məşqçisi bildirib.














