Qalstanyan Minsk Qrupunun ləğvinə qarşı çıxdı

Qalstanyan Minsk Qrupunun ləğvinə qarşı çıxdı

Artıq bir neçə dəfə demişəm ki, zəmanətlər olmadan Minsk Qrupunun mövcudluğu fövqəladə vacibdir”.

Globalinfo.az xəbər verir ki, bunu erməni arxiyepiskop Baqrat Qalstyan verdiyi mətbuat konfransında deyib.

“Beynəlxalq qarantlar, artıq mövcud olan platforma bunu təsdiqləyir. Belə olan halda danışıqlar daha şəffaf və etibarlı səviyyədə keçir. Nəticədə heç bir məcburetmə, təhdid, bugünki kimi birtərəfli güzəştlərə diktə olmur. Bu səbəbdən Azərbaycan vasitəçilər missiyasını ləğv etmək istəyir və hazırda mövcud olan yolla getmək istəyir” – deyə o bildirib.

Qeyd edək ki, bundan öncə Azərbaycan Prezidenti İlham Əliyev Minsk Qrupunun ləğv olunmasını istəmişdi. O bu təşkilatın artıq heç nəyə yaramadığına işarə vuraraq, Ermənistanın bu işdə Azərbaycanla birgə hərəkət etməli olduğunu demişdi. Prezident əks təqdirdə bunun Ermənistanın Azərbaycana hələ də ərazi iddiasının qalması kimi anlaşılacağını vurğulamışdı. Ermənistan hələlik Minsk Qrupunun gələcəyi ilə bağlı heç bir bəyanat verməyib.

Tahir Turan
Globalinfo.az