
***
10:19
“Naxçıvan şəhər 12 nömrəli məktəbin müəllimlərindən aldığım məlumata görə, bu təhsil ocağına yeni direktor təyin olunmuş Turan Məmmədli müəllimlərlə ilk iclasını keçirib”.
Globalinfo.az xəbər verir ki, bu sözləri tanınmış jurnalist Heydər Oğuz deyib.
Onun sözlərinə görə, T.Məmmədli iclasda çıxış edərkən müəllimlərin dərslərini azaldacağını bildirib.
“Etiraz edən müəllimlərə qeyri-etik sözlər deyib. Müəllimlər etiraz edib bildiriblər ki, təhsil naziri Rəhman müəllimin (Naxçıvan MR-in təhsil naziri Rəhman Məmmədov – red.) yanına gedəcəklər. Turan Məmmədli isə onlara cavab verib: “nazir kimdir ki mənə onunla xox gəlirsiniz?! Mənim arxamda Fuad Nəcəfli dayanır. Hara istəyirsiniz, gedin!”
Daha sonra xadimə icazə istəyib, deyib ki, ərim yoxdur, mənə yarım saat icazə verin, evə gedim, uşağım tək qalıb. Direktor isə xadiməyə deyib: “mənim ərim olanda sənin də ərin olacaq”. Şərhi sizə buraxırıq”.
Ətraflı videoda:
Zaira Akifqızı
Globalinfo.az














