Qalaçyan: “ABŞ üçün region ona görə maraqlıdır ki…”

“Baş verənlərin Ermənistan üçün gözlənilməz nəticələri ola bilər”.

Globalinfo.az xəbər verir ki, bunu Fövqəladə və Səlahiyyətli səfir Qaqik Qalaçyan deyib.

O bildirib ki,  ABŞ-ın Ermənistan-Azərbaycan danışıqlarında iştirakda maraqlı olması göz qabağındadır. Bu maraq regionda baş verən geosiyasi dəyişikliklərlə bağlıdır.

“Birləşmiş Ştatlar və digər mühüm oyunçular üçün region ona görə maraqlıdır ki, onlar bununla Rusiyanın mövcudluğunu tarazlaşdıra biləcəklərinə inanırlar. Ermənistan həmişə ölkənin qlobal oyunçuların maraqlarının toqquşmasının episentrinə çevrilməsinin qarşısını almağa çalışsa da, indi rəsmi İrəvan onları öz ərazisinə dəvət edir. Bunun bir dövlət kimi Ermənistan üçün gözlənilməz nəticələri ola bilər. Hesab edirəm ki, hökumətin təbliğatı nəticəsində formalaşmış stereotipi sındırmaq üçün vaxt lazımdır”, – deyə Qalaçyan vurğulayıb.

Müşviq Tofiqoğlu
Globalinfo.az