Azərbaycan parlamentinin spikeri Sahibə Qafarova ilə Ermənistan parlamentinin spikeri Alen Simonyan arasında görüşün baş tutmasının yeni detalları bəlli olub.
Globalinfo.az xəbər verir ki, bu iddia ilə “Hraparak” qəzeti çıxış edib.
Bildirilib ki, Simonyan Azərbaycan tərəfinin görüşdən imtinasını çox ağrılı qarşılayıb. Parlamentlərarası İttifaqın baş katibi Martin Çuqonqla görüşən Simonyan ona Azərbaycan tərəfinin görüşdən imtinasına dair şikayət edib. Təşkilatın baş katibi isə Simonyanı sakitləşdirərək ona Azərbaycanın mesajını çatdırıb və deyib ki, Bakı kontakt pəncərəsinin bağlandığını düşünmür.
Qeyd edək ki, S.Qafarova ilə A.Simonyanın Cenevrədə görüşü baş tutmayıb. Rəsmi Bakı İrəvanı görüşün olmayacağı ilə bağlı əvvəldən məlumatlandırsa da, Simonyan buna isterik yanaşıb.
Əliyar Xəlil
Globalinfo.az














