İrəvanın Qarabağ ermənilərinə verdiyi status başına bəla oldu

İrəvanın Qarabağ ermənilərinə verdiyi status başına bəla oldu

“Ermənistan Respublikası Qarabağdan gələn ermənilərin qaçqın statusu altında ölkəni tərk etməsi prosesini asanlaşdırır”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistan Konstitusiyası üzrə mütəxəssis Vardan Ayvazyan deyib.

“Əslində, bu status Qarabağdan köçən və Ermənistanı tərk etməyəcək şəxslərə verilməlidir. Bəzi ölkələrdə qaçqınlar yüksək həyat səviyyəsinə sahibdirlər və çox sayda imtiyazdan yararlana bilirlər. Hökumətin verdiyi belə bir qərar isə bu statusu alan Qarabağ ermənilərinin kütləvi şəkildə həmin ölkələrə axınına səbəb olur. Bu da Ermənistan üçün arzuolunmazdır”, – Ayvazyan bildirib.

Ayşən Mustafa
Globalinfo.az