Putinlə Ərdoğan danışdı – Bu barədə razılaşdılar

Putinlə Ərdoğan danışdı - Bu barədə razılaşdılar

Rusiya Prezidenti Vladimir Putinlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.

Globalinfo.az APA-ya istinadən xəbərə verir ki, bu barədə Kreml məlumat yayıb.

Ərdoğan telefon danışığı zamanı Vladimir Putini ad günü münasibətilə təbrik edib.

Liderlər Rusiya-Türkiyə münasibətlərinin konstruktiv xarakterindən məmnun olduqlarını və bundan sonra da sıx əməkdaşlığa hazır olduqlarını bildiriblər. Bir çox aktual ikitərəfli və beynəlxalq məsələlər, o cümlədən Yaxın Şərqdəki hadisələr müzakirə edilib.

Qeyd olunub ki, Kazanda keçirilən BRİCS sammiti zamanı Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında ayrıca görüşün keçirilməsi barədə razılığa gəlinib.