Putindən gözlənilməz açıqlama: Qoy bu barədə Qərb düşünsün

“Ukraynaya verilən silahlara cavab olaraq Rusiya digər ölkələrə tədarükləri istisna etmir”.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir deyib.

“Qoy Qərb bundan sonra harada olacağını  düşünsün. KXDR ilə razılaşma hərbi təcavüz zamanı qarşılıqlı yardımın göstərilməsini nəzərdə tutsa da, Ukrayna münaqişəsində bundan istifadəyə ehtiyac yoxdur. Bu münaqişədə bir-birimizin imkanlarından hansısa şəkildə istifadə etmək imkanlarına gəlincə, bunu heç kimdən tələb etmirik. Heç kim də bizə bununla bağlı təklif göndərməyib”, – deyə Putin vurğulayıb.

Müşviq Tofiqoğlu
Globalinfo.az