Putin Yerxovu Türkiyədən geri çağırdı – Yeni təyinat

Putin Yerxovu Türkiyədən geri çağırdı - Yeni təyinat

Rusiyanın Türkiyədəki səfiri Aleksey Yerxov geri çağırılıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin fərman imzalayıb.

Fərmana əsasən, A.Yerxov Rusiyanın Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən azad edilib.

Bundan əlavə, Putin Özbəkistandakı səfir Oleq Malqinovu da vəzifəsindən azad edib.

Putin Rusiyanın Türkiyədəki keçmiş səfiri Aleksey Yerxovu Özbəkistana yeni səfir təyin edib.